Filters applied
2 results
-
-
Amnesty International dövlətləri bəşəriyyət üçün həlledici məqamda istismarçı, anti-hüquq nizamının bərqərar olmasının qarşısını almağa çağırır
Dünya təhlükəli yeni bir dövrün astanasındadır. Amnesty International bu gün illik hesabatı,Dünyada İnsan Hüquqlarının Vəziyyəti hesabatını dərc edərkən xəbərdarlıq edib ki, güclü dövlətlər, korporasiyalar və anti-hüquq hərəkatları çoxtərəfliliyə, beynəlxalq hüquqa və insan hüquqlarına hücum edir və dünyanı təhlükəli yeni bir dövrün astanasına gətirib. Təşkilat 144 ölkədəki insan hüquqları vəziyyətini qiymətləndirərək bildirib ki, dövlətlər, beynəlxalq qurumlar və vətəndaş cəmiyyəti təcavüzkarı sakitləşdirmə siyasətindən imtina etməli və bu yeni nizamın qarşısını almaq üçün kollektiv şəkildə müqavimət göstərməlidirlər.

