Amnesty International-ın veb-saytı, əksər veb-saytlar kimi, kukilər adlanan kiçik mətn fayllarından istifadə edir. Bu qeyd kukilərin nə olduğu, Amnesty International-ın hansı kukilərdən istifadə etdiyi və onlara necə nəzarət edilə biləcəyi barədə məlumat verir.
Kukiləri məhdudlaşdırmaq və ya bloklamaq istəyirsinizsə, internet brauzerinizi bunu etmək üçün tənzimləyə bilərsiniz – ətraflı məlumat üçün bu linkə daxil olun: https://www.aboutcookies.org/
1. Kukilər nədir?
Kukilər, bir veb-sayta daxil olduğunuz zaman cihazınıza yüklənən kiçik həcmli məlumatları ehtiva edən mətn fayllarıdır. Kukilər bundan sonrakı ziyarətlərinizdə orijinal veb-sayta, ya da ki, həmin kukini tanıyan başqa bir sayta geri göndərilir. Kukilər geniş istifadə olunur, çünki onlar veb-saytın istifadəçinin cihazını tanımasına və beləliklə, təkmilləşdirilmiş funksionallığa imkan verir.
Kukilər haqqında daha ətraflı məlumatı bu ünvandan əldə edə bilərsiniz: https://www.aboutcookies.org/. Bu qeyddə istifadə olunan bəzi təriflər aşağıda 5-ci hissədə verilmişdir.
2. Amnesty International kukilərdən necə istifadə edir?
Amnesty International kukilərdən aşağıdakı məqsədlər üçün istifadə edir:
- Veb-saytımızın nəzarəti və təkmilləşdirilməsi üçün, onun istifadəsi və fəaliyyəti haqqında statistik məlumatlar tərtib etmək;
- İstifadəçilərin veb-saytımızda hərəkəti qabiliyyətini asanlaşdırmaq, o cümlədən qeydiyyatdan keçmiş istifadəçilərin veb-saytımızın təhlükəsiz hissələrinə daxil olmasına imkan vermək;
- Sosial media kimi üçüncü tərəf reklam platformalarında reklamlarımızı optimallaşdırmağa imkan vermək; və
- İanə səhifələrimizə yönələn zərərli trafiki azaltmağa imkan vermək.
3. Amnesty International hansı kukilərdən istifadə edir?
İstifadə etdiyimiz bütün kukilərin tam siyahısı aşağıda 6-cı hissədəki cədvəldədir.
Nəzərə alın ki, bəzi kukilər saytımıza daxil edilmiş məzmunda olan üçüncü tərəf məzmun provayderləri tərəfindən təyin edilə bilər. Biz bütün kukilərin istifadəsini yoxlayırıq və davamlı dəyişikliklər etdikcə cədvəl yenilənəcək.
4. Kukilərə necə nəzarət etmək olar
Kukiləri qəbul etmək istəmirsinizsə, veb-brauzerinizi onları məhdudlaşdırmaq və ya bloklamaq üçün tənzimləyə bilərsiniz. Bütün müasir brauzerlər kuki parametrlərinizi dəyişməyə imkan verir və bu, adətən brauzerinizin “seçimlər” (options) və ya “üstünlüklər” (preferences) menyusunda tapılır. Bu parametrləri başa düşmək üçün aşağıdakı link faydalı ola bilər: www.aboutcookies.org
Kukiləri söndürsəniz, veb-saytımızın bütün interaktiv xüsusiyyətlərindən istifadə edə bilməyəcəksiniz.
5. Təriflər
Birinci Tərəf / Üçüncü Tərəf Kukiləri
Kukini yerləşdirən veb domenə aiddir. Birinci tərəf kukiləri, istifadəçinin həmin anda ziyarət etdiyi veb-sayt tərəfindən təyin olunan kukilərdir (URL pəncərəsində göstərilən veb-sayt). Üçüncü tərəf kukiləri, istifadəçinin ziyarət etdiyi veb-saytın domenindən fərqli bir domen tərəfindən təyin olunan kukilərdir. Əgər istifadəçi bir veb-sayta daxil olarsa və başqa bir qurum həmin veb-sayt vasitəsilə kuki təyin edərsə, bu, üçüncü tərəf kukisi sayılır.
Daimi kukilər
Bu kukilər kukidə göstərilən müddət ərzində istifadəçinin cihazında qalır. Onlar, istifadəçi həmin kukini yaradan veb-sayta hər dəfə daxil olduqda aktivləşir.
Sessiya kukiləri
Bu kukilər veb-sayt operatorlarına brauzer sessiyası zamanı istifadəçinin hərəkətlərini əlaqələndirməyə imkan verir. Brauzer sessiyası istifadəçi brauzer pəncərəsini açdıqda başlayır və brauzer pəncərəsini bağladıqda bitir. Sessiya kukiləri müvəqqəti yaradılır. Brauzeri bağladıqdan sonra bütün sessiya kukiləri silinir.
Piksel teqləri
Piksel teqi texniki cəhətdən kuki deyil, lakin veb-saytlarda fəaliyyəti izləmək məqsədilə və ya e-poçtlar açıldıqda və ya onlara daxil olduqda veb-saytda və ya e-poçtun mətnində yerləşdirilən oxşar bir texnologiya növüdür və tez-tez kukilərlə birlikdə istifadə olunur. Toplanan məlumat anonimdir.
6. Amnesty International tərəfindən istifadə edilən kukilərin tam siyahısı
Aşağıda www.amnesty.org tərəfindən təyin olunan kukilərin tam siyahısıdır.
- Veb-saytımızın CMS-i (Məzmun İdarəetmə Sistemi) tərəfindən təyin olunan kukilər
| Kuki | Məqsəd / Ətraflı Məlumat | Adlar | Bitmə Müddəti |
| Kuki Razılığı | Bu kuki, səhifə ilə qarşılıqlı əlaqə yaranan kimi təyin edilir və istifadəçinin razılıq seçimlərini saxlayır. | CookieControl | 90 gün |
b) Veb-saytımız tərəfindən təyin olunan Birinci Tərəf kukiləri
| Kuki | Məqsəd / Ətraflı Məlumat | Names | Bitmə Müddəti |
| Google Analytics | Amnesty International veb-saytımızdakı fəaliyyəti monitorinq edə bilməyimiz üçün sayt daxilində Google Analytics-in istifadəsini dəstəkləyir. Google Analytics kukiləri standart internet giriş qeydlərini (loqları) və ziyarətçi davranışı məlumatlarını anonim formada toplayır. Ətraflı məlumat. | _ga | 2 il |
| Google Analytics | _gid | 1 gün | |
| Google Analytics | _gat | 1 dəq | |
| Google Tag Manager | Google Tag Manager, Google Analytics kimi müxtəlif teqləri yükləmək üçün istifadə olunan bir vasitədir. Ətraflı məlumat | Kuki təyin edilmir | |
| Google Adsense | Google reklamlarında konversiya məlumatlarını saxlamaq və izləmək üçün istifadə olunur. | _gcl_au | 90 Gün |
| Veb-saytlar arasında ziyarətçiləri saxlamaq və izləmək üçün istifadə olunur. | _fbp | 90 gün | |
| Engaging Networks | Petisiyalar üçün səhifə sessiyalarını izləmək üçün istifadə olunur. Sessiyalara forma məlumatları, səhifə vəziyyəti, sorğu parametrləri və autentifikasiya məlumatları daxil ola bilər. | en_sessionId | 1 saat |
| WooCommerce | İanə etmək istəyən istifadəçilər üçün təyin edilən bu kuki istifadəçinin təhlükəsiz şəkildə pul ianə etməsinə kömək edir. | woocommerce_cart_hash woocommerce_items_in_cart | sessiya |
| WooCommerce | İanə etmək istəyən istifadəçilər üçün təyin edilir | wp_woocommerce_session | 2 gün |
| Stripe | İanə etmək istəyən istifadəçilər üçün təyin edilən bu kuki istifadəçinin təhlükəsiz şəkildə pul ianə etməsinə kömək edir. | __stripe_mid | 1 dəq |
| Stripe | İanə etmək istəyən istifadəçilər üçün təyin edilən bu kuki istifadəçinin təhlükəsiz şəkildə pul ianə etməsinə kömək edir. | __stripe_sid | 30 dəq |
| WordPress | İanə etmək istəyən istifadəçilər üçün təyin edilən bu kuki istifadəçinin təhlükəsiz şəkildə sistemdə daxil olmuş vəziyyətdə qalmasına kömək edir | wordpress_sec_ | 15 gün |
| WordPress | İanə etmək istəyən istifadəçilər üçün təyin edilən bu kuki istifadəçinin təhlükəsiz şəkildə sistemdə daxil olmuş vəziyyətdə qalmasına kömək edir | wordpress_logged_in | 15 gün |
| Kuki | Məqsəd / Ətraflı Məlumat | Adlar | Domen | Bitmə Müddəti |
| AWS | Kukinin fərqli bir domen vasitəsilə təyin edilməsi zərurəti yarananda istifadə olunan Amazon Web Services yük balanslayıcısı (load balancer) kukisi. | AWSALBCORS | join.amnesty.org | 7 gün |
| AWS | Amazon Web Services yük balanslayıcısı kukisi | AWSALB | join.amnesty.org | 7 gün |
| Google reklamlarının çatdırılması, yenidən hədəflənməsi və seçimlər. | NID | Google.com | 6 ay | |
| Google saytlarındakı qarşılıqlı əlaqələr üçün razılıq dəyərini təyin edir. | CONSENT | Google.com Youtube.com | 2 il | |
| Kukinin təyin edilib-edilməyəcəyini yoxlamaq üçün təyin edilir | test_cookie | Google.com Doubleclick.net | 30 dəq | |
| İzləmə | DV | www.google.com | 1 il | |
| İzləmə | 1p_JAR | Google.com | 1 ay | |
| GRECAPTCHA | Veb-saytdan sui-istifadənin qarşısını almaq üçün ianə səhifələrində istifadə olunur. | _ GRECAPTCHA | Recaptcha.net (Google) | 6 ay |
| YouTube | Məkan və seçim parametrlərini təyin edir. | PREF | Youtube.com | 1 il |
| YouTube | Qarşılıqlı əlaqələri saxlayır və izləyir. | YSC | Youtube.com | Sessiya |
| Google Analytics | Yuxarıda Google Analytics-ə baxın | _ga | join.amnesty.org | 2 il |
| Google Analytics | Yuxarıda Google Analytics-ə baxın | _gid | join.amnesty.org | 1 gün |
| VWO | Optimallaşdırma və test platforması | _vwo | join.amnesty.org | 1 il |
| Engaging Networks | Java kukisi | JSESSIONID | join.amnesty.org | Sessiya |
Biz Facebook piksel teqlərindən istifadə edirik. Biz sosial media saytlarından veb-saytımıza olan konversiyaları izləmək üçün piksel teqlərindən istifadə edirik. Facebook haqqında daha ətraflı məlumata burada baxın.
7. Amnesty International Decoders tərəfindən istifadə edilən kukilərin tam siyahısı
Aşağıda decoders.amnesty.org tərəfindən təyin olunan kukilərin tam siyahısıdır.
| Kuki | Məqsəd / Ətraflı Məlumat | Adlar | Bitmə Müddəti |
| Kuki Razılığı | Səhifənin yuxarısındakı kuki bildirişində “Davam etmək üçün OK” düyməsi klikləndikdə yaradılır. Gələcək ziyarətlərdə kuki bildirişini gizlədir. | CookieControl | 90 gün |
Amnesty Decoders sizi istifadəçi kimi autentifikasiya etmək üçün kukilərdən istifadə edir. Bu, Amnesty Decoder “front-end”imizin tokeni qəbul etməsinə, onu brauzer sessiyanızda saxlamasına və sizi istifadəçi kimi autentifikasiya etməsinə imkan verir.
im_access_token
7 gün
| Kuki | Məqsəd / Ətraflı Məlumat | Adlar | Bitmə Müddəti |
| Google Analytics | Amnesty International və Amnesty Decoders veb-saytımızdakı fəaliyyətə monitorinq edə bilməyimiz üçün sayt daxilində Google Analytics-in istifadəsini dəstəkləyir. Google Analytics kukiləri standart internet giriş qeydlərini və ziyarətçi davranışı məlumatlarını anonim formada toplayır. Ətraflı məlumat. | _ga | 2 il |
| _gat | 10 dəq | ||
| Google Tag Manager | Google Analytics, Google Tag Manager vasitəsilə yerləşdirilir. Ətraflı məlumat | _dc_gtm | 10 dəq |
| Microsoft Azure | Bütün sorğuların eyni bulud serveri nümunəsində emal olunmasını təmin edir. | ARRAffinity | Sessiya |
| Visual Web Optimizer | isual Web Optimizer veb-saytımızda dizayn dəyişikliklərini sınaqdan keçirməyə imkan verir. Kukilər veb-saytın hansı versiyasını gördüyünüzü bizə bildirir. Bütün məlumatlar anonim saxlanılır. Ətraflı məlumat | _vis_opt_exp | 100 gün |
| _vis_opt_s | 100 gün. | ||
| _vis_opt_test_cookie | Sessiya | ||
| _vwo_uuid | 100 gün. | ||
| _vis_opt_out | 100 gün. | ||
| Amnesty Campaigns | Amnesty Campaigns, istifadəçilərin kampaniya fəaliyyətini dəstəkləmək üçün daxil etdikləri məlumatları (ad, e-poçt ünvanı və ölkə seçimi) müvəqqəti olaraq saxlamaq üçün kukidən istifadə edir. Bu kukilər istifadəçilərin bu məlumatları yenidən yazmasına ehtiyac qalmaması və sonrakı fəaliyyətlərə tez bir zamanda dəstək verə bilməsi üçün saxlanılır. İstifadəçilər brauzer sessiyasını bağlayana qədər saxlanılır. | CampaignUserDetails | Sessiya |
| Amnesty Decoders | Amnesty Decoders tapşırıq meneceri (task manager) layihə tapşırıq səhifələrində sessiyanızı idarə etmək üçün kukilərdən istifadə edir. | task_session | 3 ay |
| mnesty Decoders şəxsiyyət idarəetmə sistemi (identity management) saytda sessiyanızı idarə etmək üçün kukilərdən istifadə edir. Bu kukilər sistemə daxil olmaq və çıxmaq üçün istifadə olunur. | im_session | Brauzer bağlanana qədər | |
| Amnesty Decoders müzakirə forumu saytda sessiyanızı idarə etmək üçün kukilərdən istifadə edir. Bu kukilər foruma daxil olmaq və çıxmaq üçün istifadə olunur. | _t | 2 ay | |
| Amnesty Decoders müzakirə forumunun proqram təminatı kitabxanası əməliyyat məqsədilə öz kuki sessiyasını saxlayır. | _forum_session | Brauzer bağlanana qədər | |
| Amnesty Decoders bəzi mətn sahələrinə daxil edilmiş məlumatları yadda saxlamaq üçün kukilərdən istifadə edir. Bu kukilər istifadəçilərin oxşar qalması ehtimal olunan məlumatları (məsələn, sistemə daxil olarkən istifadəçi adı) yenidən yazmasına ehtiyac qalmaması üçün istifadə olunur. | task_remember_token | 3 months | |
| Amnesty Decoders istifadəçilərin Amnesty International kukilərini qəbul etmək istəyib-istəmədiyini yadda saxlamaq üçün kukilərdən istifadə edir. Bu kukilər platformanın kukiləri aktivləşdirmək və ya aktivləşdirməmək barədə istifadəçi seçimlərini saxlamasını təmin edir. | Amnesty International_accept_cookies | 3 ay | |
| Amnesty Decoders sizi istifadəçi kimi autentifikasiya etmək üçün kukilərdən istifadə edir. Bu, bizim Amnesty Decoder “front-end”imizə tokeni qəbul etməyə, onu brauzer sessiyanızda saxlamağa və sizi istifadəçi kimi autentifikasiya etməyə imkan verir. | im_access_token | 7 gün |
c) Veb-saytımız tərəfindən təyin olunan Üçüncü Tərəf kukiləri
| Kuki | Məqsəd / Ətraflı Məlumat | Adlar |
| YouTube | Biz bəzən YouTube-dan videolar yerləşdiririk. YouTube-un kukilərdən istifadəsi Google-un məxfilik siyasəti ilə tənzimlənir. Ətraflı məlumat. Bu kukilərin bitmə tarixləri sessiyadan 10 ilə qədər dəyişir. | VISITOR_ INFO1_LIVE |
| demographics | ||
| use_hitbox | ||
| Activity | ||
| SID | ||
| HSID | ||
| PREF |
Biz həm Facebook, həm də Twitter piksel teqlərindən istifadə edirik. Piksel teqləri sosial mediadan veb-saytımıza olan konversiyaları izləmək üçün istifadə olunur. Facebook haqqında daha ətraflı məlumata burada, Twitter haqqında isə burada baxın.

