Veb-saytın Əlçatanlıq Bəyanatı

Amnesty International bütün istifadəçilər üçün əlçatan olan bir veb-sayt təcrübəsi təqdim etməyə sadiqdir. Veb-saytımızı bütün istifadəçilər üçün təkmilləşdirmək davam edən bir prosesdir və təkmilləşdirə biləcəyimiz sahələr barədə rəylərinizi qəbul edirik

WCAG ilə uyğunluq 

Amnesty.org Veb Məzmunun Əlçatanlığı Təlimatlarının (WCAG) AA səviyyəli uyğunluğuna qismən cavab verir. Saytımızdakı çox sayda səhifə və sənədi nəzərə alaraq, əlçatanlıq standartlarına uyğunluğun yaxşılaşdırılması prosesi davam edir. 

Əlçatanlığı dəstəkləyən veb-sayt xüsusiyyətləri 

  • Saytda klaviatura ilə hərəkət etmək (naviqasiya etmək) mümkündür və bütün səhifələrdə “Əsas məzmuna keçin” linki mövcuddur. 
  •  Köməkçi texnologiyalardan istifadə edərək naviqasiyaya kömək etmək üçün ARIA işarələri (nişanları) tətbiq edilib. 
  •  İstifadəçilər əksər səhifələrdə heç bir problem olmadan miqyası yaxınlaşdıra və ya brauzer mətninin ölçüsünü əhəmiyyətli dərəcədə artıra bilərlər. 

Məlum məsələlər 

  • Səhifə başlıqları həmişə ardıcıl və ya iyerarxik şəkildə istifadə olunmur. 
  • Amnesty.org saytındakı əksər PDF-lər WCAG və PDF/UA əlçatanlıq standartlarına yalnız qismən uyğundur. 
  • Bəzi şəkillərdə rəng kontrastı zəifdir və ya mətn birbaşa şəklin üzərinə həkk olunub. 
  • Bəzi şəkillərdə alternativ mətn yoxdur. Bu, daha çox köhnə veb-səhifələrdə müşahidə olunan bir məsələdir. 
  • Bəzi videolarda audio təsvir (səsli təsvir) yoxdur. 
  • Az sayda videoda başlıq (captions), subtitr və ya transkript (mətn) yoxdur. Digər hallarda, bunlar avtomatik yaradılır ki, bu da mövcud təsvirlərin dəqiqliyinə təsir edə bilər. 
  • Veb-saytımızdakı məzmunun əksəriyyəti sadə ingilis dilində yazılmayıb və yüksək (qabaqcıl) oxu səviyyəsi tələb edir. 
  • Üçüncü tərəf platformalarından daxil edilmiş bəzi məzmunlar digər veb-sayt məzmunu qədər əlçatan deyil. Bu daxil edilmiş məzmuna infoqrafika, videolar və audio daxildir. Daxil edilmiş məzmundakı əlçatanlıq problemləri köhnə veb-səhifələrdə daha çox nəzərə çarpır. Biz indi üçüncü tərəflərdən daxil edilən məzmunun istifadəsini, xüsusən də daha az əlçatan olan platformalardan istifadəni azaltmağa çalışırıq. 

Əks əlaqə 

Əgər müəyyən bir səhifə ilə bağlı probleminiz varsa və köməyə ehtiyacınız olarsa, lütfən, bizimlə əlaqə saxlayın